Türkiyədə bu ay istehlakçı inamı zəifləyib | Banco.az

Türkiyədə bu ay istehlakçı inamı zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə istehlakçı inam indeksi dekabrda aylıq 1,3% azalaraq 75,6 olub.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) dekabr ayı üzrə stehlakçı inam indeksi məlumatlarını dərc edib.

Bu məlumatara görə, TÜİK və Türkiyə Respublikası Mərkəzi Bankı ilə birgə həyata keçirilən “İstehlakçı Meyilləri Araşdırması”nın nəticələrinə əsasən hesablanan mövsümi təsirlərdən kənarlaşdırılmış istehlakçı inam indeksi dekabr ayında əvvəlki aya görə 1,3 faiz azalıb. Belə ki, noyabrda 76,6 olan indeks bu ay 75,6 olaraq qeyd edilib.

Noyabrda 58,3 olan ev təsərrüfatlarının maliyyə vəziyyəti indeksi isə dekabrda 1,5 faiz azalaraq 57,4-ə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Gələcək 12 ayda uzunmüddətli istehlak mallarına xərcləməni düşünmə indeksi də noyabrda 91,9 ikən, dekabrda 0,7 faiz artaraq 92,6-ya yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et