Türkiyədə aylıq inflyasiyanın artım tempi yenə də davam edib | Banco.az

Türkiyədə aylıq inflyasiyanın artım tempi yenə də davam edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə aylıq inflyasiya silsiləsi artıq 52-ci ayına keçib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) aprel ayı üzrə inflyasiya məlumatlarını dərc edib. 

Bu məlumatlara əsasən bəlli olub ki, Türkiyədə illik inflyasiya ötən ay 50 faizdən aşağı düşsə də, aylıq inflyasiya silsiləsi davam edib.

Belə ki, sözügedən ayda ölkədə istehlak qiymətləri indeksi əvvəlki aya nəzərən 2,39 faiz artıb.

İllik inflyasiya isə 43,68 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et