Türkiyə əhalisinin sayı açıqlanıb | Banco.az

Türkiyə əhalisinin sayı açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin əhalisi 84 milyon 680 min 273 olub.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) əhalinin və mənzillərin siyahıyaalınması üzrə məlumatları açıqlayıb. 

TÜİK-in tərtib etdiyi bu məlumatlara görə, sözügedən araşdırmanın təfərrüatları belə olub:

Cümhuriyyətin ilk illərində aparılan 1927-ci il siyahıyaalınmasının nəticələrinə görə, 13 milyon 648 min 270 nəfər olan Türkiyə əhalisinin sayı illər ərzində davamlı artım göstərərək 2021-ci ildə 84 milyon 680 min 273 nəfərə çatıb.

Cümhuriyyətin ilk illərində əhalinin cinslərə görə bölgüsünə nəzər salsaq, əvvəlki müharibə dövrünün təsiri ilə qadın əhali kişi əhalidən çox olduğu halda, illər ərzində qadın və kişi əhali demək olar ki, bərabər ölçüyə çatmışdır. Kişi əhalisi 1927-ci ildə 6 milyon 563 min 879 olduğu halda, 2021-ci ildə 42 milyon 428 min 101 nəfər olub. Qadın əhalisi isə 1927-ci ildə 7 milyon 84 min 391 nəfər olduğu halda, 2021-ci ildə 42 milyon 252 min 172 nəfərə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et