Türk lirəsində növbəti anti-rekord - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Türk lirəsində növbəti anti-rekord - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni iş həftəsinə növbəti rekordla başlayıb.

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, həftə sonu prezident Rəcəb Tayyib Ərdoğanın faiz endirimi ilə bağlı açıqlamalarından sonra türk lirəsi ilk əməliyyat günündə 5%-ə yaxın ucuzlaşıb. Yeni günə 17.25 səviyyəsini üstələyərək tarixi rekodla başlayan məzənnə daha sonra bir qədər geriləyib.

Hazırda Dollar/TL məzənnəsi 17.07 səviyyəsində ticarət edilir.

Xatırladaq ki, həftənin cümə axşamı Türkiyə Respublikası Mərkəzi Bankı uçot dərəcəsi faizini proqnozlara paralel olaraq 15%-dən 14%-ə endirmiş, bu qərardan sonra məzənnə 17.14 səviyyəsinə yüksəlmişdi. Daha sonra Mərkəzi Bank valyuta birjalarına sayca beşinci müdaxiləni reallaşdırdıqdan sonra türk lirəsinin qismən bahalaşması ilə məzənnə 16.40 səviyyəsinə geriləmiş və həftəni bu səviyyədə başa vurmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et