Türk lirəsi bahalaşmaqda davam edir - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Türk lirəsi bahalaşmaqda davam edir - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Kəskin geriləmədən sonra Dollar/TL məzənnəsində stabillik müşahidə edilir.

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, bazar ertəsi kabinetin iclasından əvvəl 18 səviyyəsini üstələməklə tarixi rekorda imza atan məzənnə daha sonra prezident Rəcəb Tayyib Ərdoğanın türk lirəsini təşviq edici açıqlamaları ilə sürətlə geriləyərək 12.27 səviyyəsinə enmişdi.

Dünən günü 12.50 səviyyələrində başa vuran məzənnə yeni günə də təqribən eyni səviyyələrdə başlayıb, daha sonra bir qədər də geriləyib.

Dollar/TL məzənnəsi hazırda 12.35 səviyyəsində ticarət edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et