Türk Hava Yolları Krakov şəhərinə uçuşlara başlayır | Banco.az

Türk Hava Yolları Krakov şəhərinə uçuşlara başlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türk Hava Yolları (THY) paytaxt Varşavadan sonra Polşanın tarixi şəhərlərindən biri olan Krakova da aviareyslərin təşkilinə başlayıb.

Banco.az xəbər verir ki, THY Mətbuat Xidmətindən verilən məlumata görə, Krakov resyləri həftənin 3 günü, yəni bazar ertəsi, çərşənbə və cümə günləri dar gövdəli təyyarələrlə həyata keçiriləcək.

THY sərnişinləri İstanbuldan Krakova bütün vergilər daxil olmaqla 255 dollardan başlayan qiymətlərlə səyahət edə biləcəklər.

Qeyd edək ki, “UNESCO” tərəfindən “Ədəbiyyat şəhəri” kimi tanınan Krakov Polşanın elm, mədəniyyət və incəsənət mərkəzi kimi seçilir. Əvvəllər paytaxt funksiyasını daşıması və bir çox tarixi hadisələrə şahidlik etməsi ilə Polşanın ürəyi sayılan şəhər hər il çoxlu sayda yerli və xarici turisti qəbul edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et