TOP 10: Ən çox nağd pulu olan banklar | Banco.az

TOP 10: Ən çox nağd pulu olan banklar

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 iyun 2017-ci il tarixinə aktivlərdə yer alan cəmi nağd vəsaitləri 1 milyard 310.6 milyon manat təşkil edib.

Bu nağd pulun 66%-i, yəni 868 mln 487 min manatı aşağıdakı diaqramda yer alan 10 bankın payına düşür. Kapital Bank balansında 282 287 min manat nağd vəsait saxlamağa üstünlük verib. Paşa Bankda isə bu rəqəm 155 192 min manat olub.

Qeyd edək ki, bankların nağd vəsaitləri ilin əvvəlindən 28% artıb, belə ki. 2016-ci ilin sonunda banklarin cəmi 1 milyard 18,7 milyon manat təşkil edib. Banklarda nağd vəsait artımını, həm də kreditləşmənin zəifləməsi ilə izah etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı Azərbaycan banklarından Beynəlxalq Bank öz maliyyə göstəricilərini açıqlamadığı üçün onun renkinqdə yerini söyləmək mümkün deyil.

Qeyd: Qrafikdəki rəqəmlər report.az saytına istinadən təqdim olunub.

Ən sərfəli krediti almaq üçün müraciət et