"TikTok" şirkətinin səhmləri satışa çıxarıla bilər | Banco.az

"TikTok" şirkətinin səhmləri satışa çıxarıla bilər

Tamara Mustafayeva, Banco.az

"TikTok" səhmlərinin satışa çıxarılması gündəmə gəlib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Çinin video-yayım platforması olan "TikTok"un sahibi "ByteDance" şirkəti ölkədəki tənzimləyici qurumların narahatlıqları aradan qaldırıldıqdan sonra gələn ilin əvvəlində Honkonqda platformanın səhmlərinin satışa çıxarılmasını nəzərdə tutub.

Xəbərə görə, şirkət hazırda sözügedən qurumların tələb etdiyi bütün hüquqi sənədlərin təqdim edilməsi prosesini həyata keçirməkdədir. Sentyabr ayında sənədlərin toplanmasının başa çatması və müraciətin reallaşdırılması planlaşdırılır.

Xatırladaq ki, şirkət sözçüsü iddiaları təkzib etsə də, ətraflı məlumat verməkdən yayınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et