Texnologiya nəhənglərinin Avropadakı lobbiçilik fəaliyyəti üzrə xərcləri açıqlanıb | Banco.az

Texnologiya nəhənglərinin Avropadakı lobbiçilik fəaliyyəti üzrə xərcləri açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Texnologiya şirkətləri Avropa İttifaqqında (Aİ) lobbiçilik fəaliyyətinə 113 milyon avro xərcləyib.

Banco.az xəbər verir ki, Brüsseldə yerləşən Korporativ Avropa Rəsədxanası və Kölndə yerləşən “Lobbycontrol” şirkəti böyük texnologiya şirkətlərinin Aİ-dəki lobbiçilik fəaliyyətləri ilə bağlı araşdırmalarını dərc ediblər.

Araşdırmalar göstərir ki, ötən il sözügedən şirkətlərin Brüsseldəki lobbiçilik xərcləri artıb.

Bununla yanaşı, qeyd edilib ki, texnologiya şirkətləri 2021-ci ildə Aİ-də lobbiçilik fəaliyyətinə 97 milyon avro xərclədiyi halda, bu xərc 2022-ci ildə 16,5 faiz artaraq 113 milyon avroya çatıb. Ötən il ümumilikdə 651 şirkət və assosiasiya Aİ-nin rəqəmsal iqtisadiyyat siyasətini lobbiçilik vasitəsilə formalaşdırmağa çalışıb.

Ən sərfəli kredit üçün müraciət et

Texnologiya şirkətləri arasında ötən il lobbi fəaliyyətinə ən çox pul xərcləyən isə “Meta” olub. Belə ki, şirkət 2021-ci ildə Aİ-dəki fəaliyyətləri üçün 5 milyon 750 min avro xərclədiyi halda, 2022-ci ildə bu rəqəm 8 milyon avroya çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et