"Tesla"nın səhmləri 60 faiz bahalaşa bilər | Banco.az

"Tesla"nın səhmləri 60 faiz bahalaşa bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Morgan Stanley” “Tesla” səhmlərinin 60 faiz bahalaşacağını proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, “Morgan Stanley” ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkətinin 12 aylıq qiymət hədəfi üçün yeni dəyərləndirmələr edib.

Qurumun strateqləri Dojo superkompüterinin, robotaksi və şəbəkə xidmətlərinin daha sürətli mənimsənilməsi ilə elektromobil nəhənginin bazar dəyərinin 500 milyard dollar arta biləcəyini proqnozlaşdırıb.

Adam Conasın rəhbərlik etdiyi strateqlər komandası “Tesla”nın qiymət hədəfini də yeniləyərək 400 dollara çatdırıb.

Qeyd edək ki, ilin əvvəlindən bəri artıq iki dəfədən çox artmış “Tesla” səhmləri bazar ertəsi ABŞ-da bazar öncəsi ticarətdə 6,1 faiz bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et