"Tesla"nın istehsalı 2-ci rübdə rekord vurub | Banco.az

"Tesla"nın istehsalı 2-ci rübdə rekord vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Tesla" şirkəti ilin II rübündə rekord istehsal və tədarük açıqlayıb.

Banco.az xəbər verir ki, Amerikanın elektromobil nəhəngi "Tesla" ilin ikinci rübündə 479 min ədəd qlobal istehsala və 466 min 140 ədəd tədarük göstəricisinə nail olub.

Avtomobil tədarükü rekordu qıran şirkət bu baxımdan əvvəlki rüblə müqayisədə 10 faiz, əvvəlki illə müqayisədə isə 83 faiz artım əldə edib.

"Tesla"nın ABŞ, Çin və digər ölkələrdə qiymət endirmə strategiyası satışları artırmağa kömək etsə də, şirkətin gəlirliliyinə mənfi təsir göstərib. Belə ki, "Tesla" sözügedən dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə xalis gəlirinin 24 faiz azaldığını açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et