"Tesla" səhmdarlarından biri Maska 56 milyard dollarlıq məhkəmə iddiası qaldırıb | Banco.az

"Tesla" səhmdarlarından biri Maska 56 milyard dollarlıq məhkəmə iddiası qaldırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Axır vaxtlar dünya ictimaiyyətinin daha çox diqqət mərkəzində olan İlon Mask bu dəfə də məhkəmə iddiası ilə gündəmə gəlib.

Banco.az xəbər verir ki, elektromobil istehsalçısı “Tesla” şirkətinin səhmdarlarından biri olan Riçard Tornetta Maska qarşı 56 milyard dollarlıq məhkəmə işi qaldırıb. Bunun səbəbi isə tanınmış iş adamının sahib olduğu “Tesla”da yarımştat direktorluq etməsi və şirkətə kifayət qədər vaxt ayırmamasıdır.

Şirkət hədəflərinə çatdığı təqdirdə Maska nailiyyəti müqabilində 56 milyard dollar dəyərində səhm verildiyini iddia edən Tornetta ödənilən 56 milyard dolların ləğv edilərək şirkətə qaytarılmasını tələb edib.

Qeyd edək ki, İlon Mask sabah sözügedən iddia ilə bağlı məhkəməyə çağrılacaq. Hüquqşunaslar isə məhkəmə işinin  Mask üçün çətin keçəcəyini düşünürlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et