Tanınmış maliyyə təşkilatı Türk lirəsi ilə bağlı proqnozunu açıqladı | Banco.az

Tanınmış maliyyə təşkilatı Türk lirəsi ilə bağlı proqnozunu açıqladı

Tamara Mustafayeva, Banco.az

"Credit Suisse" investisiya bankı Dollar/Tl proqnozunu açıqlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Türkiyədə daxili birjaların Mərkəzi Bankın faiz qərarına fokusladığı bir vaxtda xarici maliyyə təşkilatları da müxtəlif ssenarilər üzrə analizlərini açıqlayırlar.

İsveçrənin tanınmış investisiya bankı "Credit Suisse" analitiklərinin fikrincə, Türkiyə Respublikası Mərkəzi Bankının avqust ayı üzrə pul siyasəti iclasında faiz endiriminə dair qərar verməsi və ya bunun üçün sentyabr ayını işarə etməsi halında Dollar/Tl qısa müddətlik 8.80 səviyyəsində icra ediləcək. 

Onlar həmçinin yaxın günlərdə məzənnənin 8.45-8.50 səviyyələrinə geriləmə ehtimalının olduğunu, ancaq Mərkəzi Bankın avqust iclasında veriləcək qərara əsasən kursda daha əvvəl bu ilin iyun ayında müşahidə edilən 8.80 səviyyəsinin yenidən qeydə alınacağını bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Credit Suisse" analitikləri ilin üçüncü rübü üzrə 9.10 səviyyələrindəki Dollar/Tl proqnozunu isə saxlayıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et