Tanınmış enerji içkisi şirkəti cərimə olundu | Banco.az

Tanınmış enerji içkisi şirkəti cərimə olundu

Hər il dünyada kompüter oyunlarına maraq artmaqda davam edir. Belə olduqda şirkətlər bundan maksimum dərəcədə öz xeyirlərinə istifadə etməyə çalışırlar. Kompüter oyunlarının populyar olduğu bir dövrdə enerji içkiləri də öz mövqelərini möhkəmləndirirlər. Buna misal olaraq, Amerikada məhşur enerji içki sayılan G Fuel bundan məharətlə istifadə edərək öz hədəf kütləsini böyüdə bilib.

2014-cü ildə Minnesota Universitetinin araşdırmaları göstərib ki, Amerikada orta məktəbdə oxuyan 6-12 sinif şagirdləri arasında enerji içkilərindən istifadə edənlər kompüterdə daha uzun zaman keçirirlər.

Bundan əlavə bu içkilərin çoxu şəkər əlavəsi saxladığı üçün bir çox hallarda problemli hesab oluna bilər. Bu tip içkilər əsasən idmanla məşğul olan insanlar üçün daha ideal hesab olunur. Bunu nəzərə alan Gamma Labs şirkəti G Fuel ilk enerji içki tozunu insanlara təqdim etmişdi. Bu içkinin digərlərindən fərqi daha az xərcə başa gəlməsi və eyni zamanda şəkər əlavəsi əvəzinə kreatin və arqanin istifadə olunması idi.  Şirkət hal-hazırda dünyada çox maraqla izlənən kiber idman yarışlarına sponsurluq edir. Şirkət iki dəfə Amerikada ən çox satış edən şirkətlər siyahısında yer ala bilib.

Bundan əlavə  Red Bull, Rockstar, Monster şirkətlərindən fərqli olaraq G Fuel öz məhsullarını 18+ şəxslər üçün nəzərdə tutduğunu açıq şəkildə elan edib. Baxmayaraq ki, bu yaş həddi sadalanan şirkətlərdə 12+ olaraq nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Gamma Labs şirkəti haqda məlumat versək bildirək ki, şirkət 2004-cü ildə Klifford Morqan tərəfindən qurulub. Klifford özü də idmanla məşğul olduğu üçün idmançılara nəyin lazım olduğunu yaxşı bilirdi. Bir dəfə şirkətin menecerlərindən biri PTF(məşqdən öncə istifadə olunan qida vasitəsinin) istifadəçiləri arasında kompüter həvəskarlarının üstünlük təşkil etdiyini vurğulayır və bundan sonra şirkət rəhbərliyi bunun üzərində işlər apararaq PTF-in əsası hissəsini saxlamaqla tərkibindəki kreatin və azot oksid birləşməsini çıxarır. Bu isə öz növbəsində içkini qəbul edənlərdə məşqdən sonrakı yorğunluq hissini azaldır. Bir müddət sonra fərqli yerlərdə sponsorluq edən şirkət daha sonra Fazeberry adlı xüsusi məhsulunu da təqdim edir və ona aid Youtube-da kanal da istifadəyə verir. Hal-hazırda kanalın 200 milyon izləyicisi var.

Beləliklə, şirkət gəlirləri:

2014 -cü ildə şirkət 3 milyon dollar

2015- cü ildə  8 milyon dollar

2016 - cü ildə  14.3 milyon dollar

Verilən məlumata görə G Fuel şirkəti bu sahədə Amerikada ikinci yeri tutur.

Hal-hazırda şirkət 80 ölkəyə öz məhsullarını ixrac edir.

Lakin şirkət haqda məlumatlar yalnız bununla bitmir. Beləki, 2018-ci ilin fevralında Koliforniya Araşdırma Mərkəzi G Fuel-i məhkəməyə verdi. Buna səbəb Gamma Labs şirkətinin G Fuel içkisində Koliforniya qanunlarına görə daha çox qurğuşun istifadə etməsiylə əlaqədar idi. Qanuna görə şirkət bu haqda məlumatı məhsulun qutusunda əks etdirməlidir. Hal-hazırda şirkət buna görə 2.7 milyon dollar ödəməlidir.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et