"S&P" ABŞ-ın kredit reytinqini təsdiqləyib | Banco.az

"S&P" ABŞ-ın kredit reytinqini təsdiqləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq kredit reytinqi agentliyi “S&P” ABŞ-ın kredit reytinqini təsdiqləyib.

Banco.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Məlumatda ABŞ-ın uzunmüddətli kredit reytinqinin “AA+”, qısamüddətli kredit reytinqinin isə “A-1+” olaraq təsdiqləndiyi bildirilib.

Həmçinin qeyd olunub ki, ölkənin uzunmüddətli kredit reytinqi proqnozu “stabil” olaraq qalır.

Vurğulanıb ki, güclü artım, hərtərəfli pul siyasəti çevikliyi və dünyanın aparıcı ehtiyat valyutasının emitentinin üstünlükləri ilə diversifikasiya edilmiş və dayanıqlı iqtisadiyyat ABŞ-ın suveren reytinqinin əsasını təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

“S&P”nin bəyanatına görə, ölkə iqtisadiyyatının bu il tənəzzüldən yayınaraq və "yumşaq eniş" edərək 2,5 faiz artacağı gözlənilir. Bildirilib ki, ABŞ iqtisadiyyatının 2025-ci ildə 1,5 faiz, 2026-cı ildə 1,7 faiz, 2027-ci ildə isə 1,9 faiz artacağı proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et