SOCAR istiqrazları sahiblərinə gündəlik 0,14 dollar qazandırır | Banco.az

SOCAR istiqrazları sahiblərinə gündəlik 0,14 dollar qazandırır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazar üçün ABŞ dolları ilə buraxdığı istiqrazların hər biri sahibinə gündəlik 0,14 dollar gəlir gətirir.

Banco.az xəbər verir ki, bu barədə SOCAR istiqrazları üzrə market-meyker xidməti göstərən “PSG Kapital” investisiya şirkətinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, nominal dəyəri 1 000 dollar olan qiymətli kağızların illik gəlirliliyi 5% və yaxud ildə 50 dollar təşkil edir. Faiz gəlirləri hər gün hesablandığı üçün bu, ayda 4,17 dollar, gündəlik isə 0,14 dollar qazanc deməkdir.

SOCAR istirazlarının dövriyyəyə buraxılmasından təqribən 5 ay keçdiyini nəzərə alsaq, investorlar hər bir istiqraza görə 21 dollar gəlir götürüb. İstiqraz sahibləri bu pulun 12,5 dollarını yanvarın 17-də ilk faiz ödənişi zamanı alıblar. Gəlirlərin növbəti hissəsi isə 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərindəki faiz ödənişləri zamanı veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, SOCAR istiqrazları Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlardır. Belə ki, bu ilin ilk iki ayında Bakı Fond Birjasında 29,4 mln. dollarlıq istiqraz alınıb satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2%-i deməkdir. İstiqrazlar bazara çıxandan indiyə qədər onlarla bağlı 69,1 mln. dollarlıq ticarət edilib.

Son vaxtlar SOCAR istiqrazlarının qiyməti də artmaqdadır və hazırda bu rəqəm 1 007-1 008 dollar təşkil edir.

Ən sərfəli krediti almaq üçün müraciət et