Smartfonun təyyarə rejimindən istifadə etməyin hansı üstünlüyü var? | Banco.az

Smartfonun təyyarə rejimindən istifadə etməyin hansı üstünlüyü var?

Müəllif - Aida İsaq, Banco.az

Təyyarə rejimi funksiyasından istifadə edərək siz smartfonunuzun işləmə müddətini uzada və şəxsi məlumatlarınızı qoruya bilərsiniz. 

Banco.az xəbər verir ki, bu barədə “T1 Group”un informasiya təhlükəsizliyi üzrə şirkət nümayəndəsi Viktor Guleviç məlumat verib. Onun sözlərinə görə, təyyarə rejimi aktiv olduqda smartfon böyük miqdarda enerji sərf etmədiyi üçün enerji saxlama müddəti də uzanır. Eyni zamanda bu rejim səhvən daxil olmaq istədiyiniz fişinq hücüumları dəstəkləyən səhifələrə keçidin qarşısını alır. Nəticədə şəxsi məlumatlarınızı kibercinayətkarlardan qoruya bilərsiniz. Bundan başqa onun sözlərinə görə, uçuş rejimində olan cihazı GPS siqnalları ilə izləmək də mümkün deyil.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et