Smart saat alarkən diqqət edilməli məqamlar | Banco.az

Smart saat alarkən diqqət edilməli məqamlar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Artıq smart saatlar telefonlar kimi gündəlik həyatda əvəzolunmaz yerə gəlib. Bir çox insan klassik saatlar yerinə telefonlarına uyğun gələn smart saatlara üstünlük verir. 

Təqdim etdikləri imkanlar və rahatlıqlar sayəsində smart saatların istifadəsi kifayət qədər yüksəkdir. Bəzi insanlar dizaynına görə smart saatlara üstünlük verərkən, bəziləri isə təklif etdiyi imkanlara görə smart saatlardan istifadə edir. Smart saatlar xüsusiyyətlərinə görə fərqlənsə də, ümumiyyətlə, sağlamlığınıza nəzarət etməyə imkan verir. Bir çox insanlar bu səbəbdən smart saatlardan istifadə etməyi üstün tuturlar.

Bəs smart saat alarkən nələrə diqqət etməliyik?

Telefona uyğun olub-olmamasına diqqət etməlisiniz

Bəzi ağıllı saatlar "iPhone" telefonları ilə, digərləri isə "Android" cihazları ilə işləyə bilir. Ağıllı saatınızın düzgün işləməsi üçün onun telefonunuza uyğun olduğundan əmin olmalısınız.

Ekran seçiminə diqqət yetirilməlidir 

Ağıllı saatların müxtəlif ekran növləri ola bilər. Bəzi smart saatlar LCD və ya AMOLED ekranlardan istifadə edə bilər. Almaq istədiyiniz ağıllı saat modellərini araşdırarkən bu xüsusiyyətə də diqqət yetirməlisiniz.

Sensor ekran xüsusiyyəti 

İndi bir çox texnoloji cihazlarda sensor ekran seçimləri var. Bu xüsusiyyət smart saatlarda da mövcuddur. Brendlər bu cür xüsusiyyətləri müxtəlif yollarla təklif edə bilər. Rahat istifadə edə biləcəyiniz modeli seçmək sizə daha çox rahatlıq təmin edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Batareyanın ömrünə diqqət yetirin 

Bütün gün aktiv işləyən smart saatların bir müddət sonra doldurulması lazım olacaq. Bu baxımdan batareyası uzun müddət davam edə biləcək məhsullara və ya modellərə üstünlük verilməlidir.

Düzgün rəng seçimi edin

Bu saatlar hər gün bizimlə olduğu üçün daha çox istifadə etdiyiniz rənglərə önəm vermək lazımdır. Misal üçün telefonunuza uyğun rəng seçmək qəribə görünüş yaratmayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et