Şirkətə ad seçərkən nələri nəzərə almaq lazımdır? | Banco.az

Şirkətə ad seçərkən nələri nəzərə almaq lazımdır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Şirkətiniz üçün doğru adı tapmaq, şübhəsiz ki, uğurun başlanğıcıdır. Yanlış ad müştərilərlə əlaqə qura bilməməyə, biznesdə irəliləməməyə və hüquqi maneələrə səbəb ola bilər.

Düzgün ad sizin reputasiyanızın sürətlə yayılmasına, rəqabət qabiliyyətinizin artmasına və bir sözlə uğur qazanmasına kömək edə bilər. Onlayın ticarət nəhəngi "Amazon" şirkət adının əhəmiyyətinin ən yaxşı nümunələrindən biridir.

Banco.az şirkətə ad seçərkən diqqət etməli olduğumuz məqamlardan bəzilərini təqdime dir. 

1. Ad qısa olmalıdır

Biznes adınız hər kəs üçün asan olmalıdır. Brendinizin adını yüksək səslə oxuyarkən nəfəs almağa ehtiyac olmamalıdır. Söz dərhal tələffüz edilməlidir. Dünya səviyyəsində uğur qazanmış "Nike", "Apple" və "Walmart" kimi brendlər buna misaldır.

Biznes adınız bir cümlə kimi görünməməlidir. Şirkət adınızın qısa olması istehlakçıların yadda saxlamasını asanlaşdıracaq ki, bu da marketinq kampaniyalarınıza çox kömək edəcək.

2. Asan oxunmalıdır

İstehlakçı nöqteyi-nəzərindən baxmaq məsələnin əhəmiyyətini daha yaxşı üzə çıxarır. Yəni, istehlakçı şirkətin adını istər televiziyada, istər radioda, istərsə də adi söhbət zamanı eşidə bilər. Sonra onlayn olaraq şirkəti axtarmağa başlayır.

Bu zaman adı mürəkkəb olan brendi tapmaq çətin olur. Ona görə də tam eşidildiyi kimi yazılan adlar şirkət üçün çox daha düzgün seçimdir. Hətta müştəri sizin qəribə tələffüz olunan brend adınızın haradasa yazıldığını görsə belə, axtarışa nə yazacağını xatırlamaya bilər.

3. Unikal və unudulmaz olun

Hər bir şirkət fərqli, zamanla təzə və unudulmaz qalacaq bir ad istəyir. Ancaq adlandırma tendensiyaları ildən-ilə dəyişdiyi üçün hər zaman yeni olan adlar tapmaq çətindir.

Müəyyən məqamlara diqqət yetirməklə bu çətinliyi aradan qaldırmaq olar. Məsələn, "x-in kafesi" və s. buna bənzər adlardan istifadə uğurlu olmaya bilər. 

4. Adın mənasını olmalıdır

Bəzən biznes sahibləri adlarına mənasız sözlər qoyurlar. "Yahoo", "Google", "Fogdog" kimi maraqlı sözlər buna misaldır.

Amma qəribə sözlər beynəlxalq nöqteyi-nəzərdən böyük riskdir. Bir çox şirkətlərin adları başqa dildə mənfi və hətta ədəbsiz mənalar daşıdığı üçün problemlə üzləşiblər.

5. Ad brendin fəaliyyətinə uyğun olmalıdır

Şirkətinizin adını təyin edərkən fəaliyyətinizə dair ipucu verən bir söz istifadə etməyə çalışın. Məsələn, abadlıq işləri ilə məşğulsunuzsa adında "mənzərə, bağ" kimi sözlərdən istifadə etmək məqsədəuyğundur. Lakin eyni sözlər başqa bir fəaliyyət sahəsi olan obyekt üçün uyğun olmaya bilər.

Ən sərfəli kredit üçün müraciət et

Eyni şəkildə, bir yeməkxana adını seçərkən adın yemək, içki və söhbət kimi şeyləri ağlınıza gətirməsinə diqqət yetirilməlidir. 

6. Maraqlı sözlərdən yaradıcı istifadə edin

Biznes adınıza açar sözlər yerləşdirməyə tələsməyin. Çünki "General Motors" kimi sadə açar sözlərdən istifadə etmək artıq işə yaramır. Bunun əvəzinə müvafiq açar sözlərin bir qədər dəyişdirilmiş versiyasını seçmək əla nəticələr verəcəkdir. Məsələn “Flickr” (flicker) buna nümunə ola bilər.

7. Rəqiblərinizi kopyalamayın

Bazardakı digər bizneslərə çox oxşar ad seçməkdən çəkinin. Bu nə orijinaldır, nə də ki brend imiciniz üçün uğurlu seçimdir. Bu, həm də potensial müştərilərinizi işinizi rəqibinizlə qarışdırmağa səbəb ola bilər.

8. Qalıcı olmağa çalışın

Yaxşı brend adı yaddaqalan olur. Bu məqsədlə söz həm yazılı, həm vizual, həm də səsli şəkildə qiymətləndirilir. Brend adı göstərəcəyi xidməti xatırlatmalı, yazısı estetik, oxunduqda ahəngdar olmalıdır.

9. Adı test edin

Bütün bu məqamlara diqqət yetirdikdən sonra müəyyən etdiyiniz şirkət adlarını müxtəlif qruplarda test edin. Dostlarınız, yaxınlarınız, investorlarınız, müştərilərinizlə bağlı bir neçə variantı təcrübədən keçirin. Seçdiyiniz adın istədiyiniz təəssüratı yaratdığını görmək üçün onlara suallar verin.

10. Qanunlara riayət edin və müəllif hüquqlarını pozmayın

Qanunlar və müəllif hüquqları ilə bağlı çətinliklərin qarşısını almaq üçün bu mövzuda bir mütəxəssislə işləməlisiniz. Əks halda, şirkətinizi qurduqdan sonra bir çox hüquqi proseslərlə üzləşə bilərsiniz, məsələn, əvvəllər müəllif hüquqları ilə qorunan brend sizi məhkəməyə verə bilər.

Yəni, daha böyük problemlərdən və sonradan qarşılaşa biləcəyiniz xərclərdən uzaq olmaq üçün başlanğıcda kiçik bir xərc çəkərək bir mütəxəssislə işləməyiniz daha yaxşı olar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et