Sığorta ilə bağlı ən MARAQLI faktlar | Banco.az

Sığorta ilə bağlı ən MARAQLI faktlar

Dünyanın ən bahalı sığorta polisi amerikalı kinorejissor Stiven Spilberqə (Steven Spielberg) məxsusdur. Dahi rejissor həyatını 1,2 milyard dollar dəyərində sığortalayıb. İngiltərə futbol komandasının oyunçusu olan Devid Bekhem (David Beckham) ayağlarını 70 milyon dollar dəyərində sığorta edib. Rusiya estradasının ən qeyri-adi müğənnilərindən olan Zemfira isə barmaqlarını 170 min dollar dəyərində sığortalayıb.

Qida sənayesinin müxtəlif sahələrindən olan mütəxəssislər dad reseptorlarının həssaslığını sığortalayır. Britaniyada yerləşən dünyanın ən böyük qəhvəxana şəbəkəsinin dequstatorunun dili də 13,95 milyon dollar dəyərində sığortalanıb. Müəyyən müddət əvvəl top-model Klaudiya Şiffer (Claudia Schiffer) öz ayaqlarını 5 milyon dollar, Jennifer Lopez isə bir neçə milyon dollar dəyərində sığortalayıb.

İlk olaraq “ekzotik” sığorta növünə aktyor Ben Terpin müraciət edib. Aktyor 20-ci illərdə, o zamanlar üçün kifayət qədər böyük bir məbləğdə (20 min dollar dəyərində) öz gözlərini sığortalamışdı.

Həmçinin oxu: Sığorta tarixi və inkişaf mərhələləri

Londonda təşkil edilən sərgidə nümayiş etdirilən ekspozisiya, dünyanın ən böyük siqarası olmaqla yanaşı 18 min funt sterlinq dəyərində sığortalanıb.

Bir çox şirkətlər, riskləri nəzərə alaraq öz eksponatlarını sığortalayırlar. Məsələn, ilk olaraq maraqlı nümunə sayılan turbo mühərrikli avtomobil sığortalanmışdır (Bloodhound SSC (SuperSonic Car)).

Kasko kalkulyatoru şou və sərgilərdə daşınmalar zamanı və poligonda olarkən baş verə biləcək bütün risklərin ödənişini öz üzərinə götürərək hətta pilotun belə həyatını sığortalayır. Lakin qeyd edilənlər, avtomobil mühərrikini işə salmadığı müddətdə keçərlidir.

Londonda yerləşən restoranlardan birinin sahibi, özünün mumdan hazırlanan fiqurunu 2500 funt sterlinq dəyərində sığortalayıb.

Bir nəfər şəxs isə öncədən həyatını 100 funt sterlinq dəyərində sığortalayaraq La-Manş boğazını vannada üzərək keçəcəyini bildirib.

Müxtəlif növ maraqlı sığorta növləri biznesmenlərin də diqqətini cəlb edə bilib. Məsələn: Sahibkara məxsus şirkət, xüsusi orqanlar tərəfindən yoxlama üçün seçilərsə - Audit şirkətlərinin xidmətləri üçün sərf olunacaq xərcləri qarşılayacaq sığorta növü, biznesmenlərin marağına səbəb ola bilib.

Xəbəri həm də başqa dildə oxumaq mümkündür: Интересные факты из сферы страхования

Gözəlova Günel, Banco.az

 

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç