Səudiyyə Ərəbistanının neft nəhəngi çinli və fransız şirkətlərlə danışıqlar aparır | Banco.az

Səudiyyə Ərəbistanının neft nəhəngi çinli və fransız şirkətlərlə danışıqlar aparır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Aramco” 10 milyard dollarlıq investisiya üçün “Total” və “Sinopec” şirkətləri ilə danışıqlar aparır.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının neft nəhəngi “Aramco” 100 milyard dollardan çox dəyərə malik, dünyanın ən böyük istismara verilməmiş qaz yataqlarından biri olan Jafurah yatağının istismarı üçün “Sinopec” və “Total Energies” şirkətləri ilə ayrıca danışıqlar aparır.

Çin və Fransanın sözügedən enerji nəhəngləri “Saudi Aramco” ilə yanacağın mayeləşdirilmiş təbii qaz halında ixracı üçün obyektlərin tikintisini əhatə edəcək planlar barədə ayrı-ayrılıqda danışıqlar aparır. “Aramco”nun layihələr üçün ümumilikdə təxminən 10 milyard dollar nəzərdə tutduğunu bildirilib.

Xatırladaq ki, dekabr ayına olan məlumatlara görə, dövlət nəzarətində olan şirkət karbon tutma və saxlama layihələri, boru kəmərləri və hidrogen zavodları kimi aktivlərdə səhm təklif etmək üçün infrastruktura sərmayə qoyan özəl kapital firmaları və digər böyük fondlarla danışıqlar aparırdı. Mənbələr danışıqların hələ də davam etdiyini və yekun qərarın verilmədiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et