Səudiyyə Ərəbistanı 2020 büdcəsini kiçildir | Banco.az

Səudiyyə Ərəbistanı 2020 büdcəsini kiçildir

Səudiyyə Ərəbistanının rəhbərliyi, neft qiymətlərinin düşməsilə əlaqədar olaraq 2020-ci il dövlət büdcəsini 50 milyard riyal (13,3 milyard dollar) azaldır.

Səudiyyə Ərəbistanının Maliyyə naziri Məhəmməd əl-Cedan etdiyi açıqlamasında, 2020-ci il büdcə xərclərində 13,3 milyard dollarlıq ixtisara gediləcəyini, bunun cəmi xərclər içində payının 5%-ə bərabər olduğunu söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

Cedan, qərarın, yeni növ koronavirusa (Kovid-19) görə iqtisadi böhran, qlobal iqtisadi artımdakı kəskin azalma və bunun neft qiymətlərinə mənfi təsirləri nəticəsində qəbul edildiyini qeyd edib. 

Səudiyyə Ərəbistanının 2020-ci il büdcəsində xərclər 272 milyard dollar, gəlirlər isə 222 milyard dollar olaraq müəyyən olunmuşdu.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et