Şengen vizası artıq onlayn formada veriləcək | Banco.az

Şengen vizası artıq onlayn formada veriləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Şengen vizası prosedurları artıq rəqəmsallaşır.

Banco.az xəbər verir ki, Avropa Şurası və Avropa Parlamenti Şengen vizası ilə bağlı qanun layihəsi üzrə razılığa gəliblər.

Yeni qanun qüvvəyə mindiyi andan etibarən pasportlara yapışdırılan vizalar elektron olacaq və internet vasitəsilə 2D ştrix-kod olaraq veriləcək.

Bununla yanaşı, vizaları mobil cihazlara yükləmək mümkün olacaq. Viza almaq istəyənlər bir çox dildə onlayn müraciət edə biləcəklər.

Yeni sistemlə müraciətlər vahid internet platforması vasitəsilə həyata keçiriləcək. Lazımi sənədlər bu platforma vasitəsilə yüklənəcək və viza rüsumu da buradan ödəniləcək.

Ərizəçilər bir neçə ölkəyə səfər etmək istədikləri zaman ərizənin hansı ölkə tərəfindən alındığı barədə bildiriş alacaqlar. Sistem Aİ ölkələrinin sərhəd idarəetmə sistemləri və məlumat bazaları ilə uyğunlaşacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yalnız ilk dəfə viza üçün müraciət edənlər, biometrik məlumatları etibarlı olmayanlar və pasportlarını yenicə dəyişənlər Şengen ölkələrinin konsulluqlarına birbaşa getməli olacaqlar.

Vurğulanıb ki, Şengen vizalarının rəqəmsallaşması ilə viza xərclərinin azaldılması və müraciətlərin sürətləndirilməsi və asanlaşdırılması hədəflənir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et