“Sberbank”ın onlayn və kartla ödəniş sistemində problem yarandı | Banco.az

“Sberbank”ın onlayn və kartla ödəniş sistemində problem yarandı

Bu gün Rusiyada “Sberbank Onlayn” sistemi və bank kartları ilə həyata keçirilən əməliyyatlarda problem yaranıb.

İKT.lent.az-ın xəbərinə görə, bankın müştəriləri kart vasitəsilə və onlayn rejimdə ödəniş edə bilmədiklərindən şikayətləniblər.  

Problem Moskva da daxil olmaqla, ölkənin müxtəlif regionlarında müşahidə olunub. Bir çox insan bankomatlardan pulunu çıxara və terminallar vasitəsilə ödəniş edə bilməyib. Kartdan karta köçürmələr də mümkün olmayıb.

Ən sərfəli kredit üçün müraciət et

”Sberbank”ın mətbuat xidməti problemi təsdiqləyərək onun aradan qaldırılması istiqamətində tədbirlə görüldüyünü açıqlayıb: “Bu gün səhər bəzi müştərilərin bak kartlarından istifadəsi zamanı problemlər müşahidə olunub. Hazırda xidmət adi rejimdə davam edir”.

Problemin səbəbləri barədə izahat verilməyib

Ən sərfəli krediti almaq üçün müraciət et