Sanksiyalar rus banklarını çökdürdü | Banco.az

Sanksiyalar rus banklarını çökdürdü

Rusiya bankları 2014-cü ilin birinci yarısına olan maliyyə hesabatlarını təqdim ediblər. Ölkənin nəhəng maliyyə qurumlarının son 3-4 ay ərzində üzləşdikləri itkilər 1-5 milyard rubl təşkil edir.

Xəbərdə deyilir ki, ekspertlər Avropa Birliyinin bu həftə tətbiq edəcəyi sanksiyaların Rusiya iqtisadiyyatına ciddi zərbə vuracağını bildiriblər.  

“Russkiy standart” bankının itkisi 4.7 milyard təşkil edib. Bu da əvvəlki illərə olan göstəricilərdən 7 dəfə - 690 milyon rubl çoxdur. Bu bank istehlak kreditləri bazarının liderlərindən biridir. Ümumilikdə isə onun kredit verilməsinə qadağa qoyulub.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa “XKF-bank”ın xalis itkiləri 4 milyard, “Vostoçnıy ekspress”in 3.44 milyard, “OTP-bank”ın isə 1 milyard rubl təşkil edir.

Qeyd edək ki, Qərbin tətbiq etdiyi sanksiyalardan sonra artıq Rusiyada iqtisadi artım tempi dayanıb, ÜDM isə sıfır dərəcəsindədir.

axar.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç