"Samsung" şirkəti çevik iş saatına keçid edib | Banco.az

"Samsung" şirkəti çevik iş saatına keçid edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Texnologiya nəhəngi “Samsung” iş saatları ilə bağlı tənzimləmələr edib.

Banco.az xəbər verir ki, “Samsung” gənc istedadları saxlamaq üçün Cənubi Koreyada çevik iş rejiminə keçəcəyini açıqlayıb.

Bu barədə şirkət sözçüsü “Bloomberg” nəşrinə məlumat verib.

Onun sözlərinə görə, həftədə 40 saatdan çox işləmək şərti ilə hər ayın bir cümə günü qeyri-iş günü olacaq. Həmçinin qeyd edilib ki, gələn həftədən etibarən başlayacaq yeni tənzimləmə zavod və fabrik işçilərinə şamil edilməyəcək.

Qeyd edək ki, “Samsung” və digər şirkətlərin bu kimi yeni tənzimləmələri xüsusilə iş-həyat balansına yüksək əhəmiyyət verən gənc istedadları saxlamağa yönəlib. Belə ki, “Samsung”un 2022-ci il şirkət hesabatına görə, Y və Z nəsilləri şirkətin qlobal işçi qüvvəsinin təxminən dörddə üçünü təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et