Şahmar Mövsümov: "Beynəlxalq Bank"a yatırılan vəsaitin 20%-i silinib | Banco.az

Şahmar Mövsümov: "Beynəlxalq Bank"a yatırılan vəsaitin 20%-i silinib

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) çətin vəziyyətdə idi. Bunu nəzərə alaraq, Azərbaycan hökuməti onu restrukturizasiya etmək qərarına gəldi".

 APA xəbər verir ki, bunu "Kazinform" agentliyinə müsahibəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.

"Bilirəm ki, Qazaxıstan tərəfinin də bu bankda pulları var idi. Onu da əlavə edim ki, ARDNF-in pulları da bu bankdadır. Restrukturizasiya nəticəsində ARDNF də, xarici investorlar da müəyyən itkilərlə üzləşib. Banka yatırılan vəsaitin 20%-i silinib, lakin Azərbaycan hökuməti bir daha nümayiş etdirdi ki, yerli və xarici investorlara fərq qoymur", - deyə Ş. Mövsümov qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

İcraçı direktor əlavə edib ki, restrukturizasiya prosesinin başlaması ondan xəbər verir ki, əksəriyyət bu prosesin ədalətli olduğunu hesab edir.

Ən sərfəli krediti almaq üçün müraciət et