Rusiyanın Hindistana neft nəqli 22 dəfə artıb | Banco.az

Rusiyanın Hindistana neft nəqli 22 dəfə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Baş nazirinin müavini Aleksandr Novak ötən il Hindistana neft nəqlinin 22 dəfə artdığını qeyd edib.

Banco.az xəbər verir ki, “Rossiya-24” telekanalına müsahibə verən Novak Rusiya neftini Orta Asiya, Afrika və Latın Amerikası ölkələrinə ixrac etdiklərini bildirib.

2022-ci ildə Çinə neft nəqlinin 8 faiz artdığına dair məlumatı bölüşən Novak bu il də Asiya ölkələrinə nəqllər üçün lazımi infrastrukturu inkişaf etdirməyə davam edəcəklərini qeyd edib.

“Asiya bazarının istehlak, tələb və iqtisadiyyat baxımından sürətlə inkişaf etdiyini nəzərə alsaq, məhsullarımıza tələbat olacağına əminik. Bunlara neft, neft məhsulları, qaz, mayeləşdirilmiş təbii qaz və kömür daxildir.” - sitatın sonu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et