Rusiyadan "ticarət müharibəsi neft qiymətlərini sala bilər" xəbərdarlığı | Banco.az

Rusiyadan "ticarət müharibəsi neft qiymətlərini sala bilər" xəbərdarlığı

Rusiyanın İqtisadi inkişaf naziri Maksim Oreşkin, ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin neft qiymətlərinə mənfi təsir edəcəyi barədə xəbərdarlıq edərək, "Ancaq makroiqtisadi baxımdan baxsaq, belə bir müharibənin Rusiya iqtisadiyyatına ciddi bir təsirinin olmasını gözləmirik" deyib.

Oreşkin, ABŞ ilə Çin arasındakı ticarət danışıqlarının nəticəsiz qalmasından sonra jurnalistlərə açıqlamalar verib.

Oreşkin, "Bu (ticarət müharibəsi) əlbəttə əsas ixrac məhsullarımız olan neft, metallar və kömürün daha aşağı qiymətlərə olacağı mənasına da gəlir" deyib.

Ən sərfəli kredit üçün müraciət et

Rusiya maliyyə bazarlarının qlobal maliyyə bazarlarının bir hissəsi olduğuna diqqəti çəkən Oreşkin, "Əlbəttə bu mənada mənfi təsirlər yaşaya bilərik. Ancaq makroiqtisadi baxımdan baxsaq, belə bir müharibənin Rusiya iqtisadiyyatına ciddi bir təsirinin olmasını gözləmirik. Rusiya bu anda xarici təsirlərə qarşı ən dözümlü iqtisadiyyatlardan biridir",- deyib. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç