Rusiya-Ukrayna müharibəsinin Almaniya iqtisadiyyatına vurduğu ziyan hesablanıb | Banco.az

Rusiya-Ukrayna müharibəsinin Almaniya iqtisadiyyatına vurduğu ziyan hesablanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya-Ukrayna müharibəsi və sonrakı enerji böhranı ötən il Almaniya iqtisadiyyatına 100 milyard avroya başa gəlib.

Banco.az xəbər verir ki, bu barədə Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun rəhbəri Marsel Fratzşer ölkə mətbuatına açıqlamasında məlumat verib.

O, Almaniyanın digər Avropa ölkələri ilə müqayisədə Rusiya qazından daha çox asılı olduğunu və bu səbəbdən ölkə iqtisadiyyatının müharibədən daha çox təsirləndiyini bildirib.

Enerji böhranı davam edərsə, Almaniyanın iqtisadi itkisinin artacağını vurğulayan Fratzşer qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi və sürətlə artan enerji böhranı 2022-ci ildə ölkə iqtisadiyyatına 100 milyard avro zərər vurub və bu məbləğ ümumi milli məhsulun 2,5 faizinə bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, sənayesi böyük ölçüdə təbii qazdan asılı olan Almaniya 2021-ci ildə təxminən 142 milyard kubmetr qaz idxal edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et