Rusiya Türkiyə üçün viza şərtlərini sadələşdirib | Banco.az

Rusiya Türkiyə üçün viza şərtlərini sadələşdirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya hökuməti Türkiyə də daxil olmaqla 19 ölkənin vətəndaşlarına otel rezervasiyasından asılı olaraq 6 aya qədər viza verə biləcək.

Banco.az xəbər verir ki, Rusiya hökumətinin təsdiq etdiyi qərara əsasən, müəyyən edilmiş mehmanxana və digər yerləşdirmə obyektlərini bron edən 19 ölkənin vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi təmin ediləcək.

Sözügedən vətəndaşlar Rusiya ərazisində 6 aya qədər qala biləcəklər. 

Qeyd edək ki, viza rejiminin sadələşdirilməsi nəzərdə tutulan ölkələr arasında Türkiyə ilə yanaşı Çin və Səudiyyə Ərəbistanı kimi ölkələr də var.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et