Avropada avtomobil satışı ötən ay sürətlənib | Banco.az

Avropada avtomobil satışı ötən ay sürətlənib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqına (Aİ) üzv ölkələrdə avtomobil satışı aprel ayında sürətlənib.

Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) aprel ayı üzrə Aİ ölkələrinin yeni avtomobil qeydiyyatı məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, Aİ ölkələrində yeni avtomobillərin satışı ötən ay 2023-cü ilin eyni ayı ilə müqayisədə 13,7 faiz artaraq 913 min 995 ədədə çatıb.

İttifaqa daxil olan ölkələrdə satılan yeni avtomobillərin 36 faizini benzin, 29,1 faizini hibrid, 12,9 faizini dizel, 11,9 faizini elektrik, 6,8 faizini plug-in hibrid, 3,3 faizini isə digər yanacaq növləri ilə işləyən avtomobillər təşkil edib.

Sözügedən dövrdə region ölkələrində elektromobil satışı isə ötən ilin eyni dövrünə nəzərən 14,8 faiz artaraq 108 min 552 ədədə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yeni avtomobillərin satışı ötən ilin eyni dövrü ilə müqayisədə aprel ayında İspaniyada 23,1 faiz, Almaniyada 19,8 faiz, Fransada 10,9 faiz, İtaliyada isə 7,7 faiz artıb.

İstehsalçılar üzrə nəzər saldıqda isə görünür ki, “Volkswagen Group” aprel ayında 254 min 19 avtomobillə Aİ-də ən çox yeni avtomobil satışı həyata keçirən avtomobil istehsalçısı olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et