Azərbaycan Mərkəzi Bankı zəlzələ risklərini modelləşdirən xarici şirkətlə əməkdaşlıq edəcək | Banco.az

Azərbaycan Mərkəzi Bankı zəlzələ risklərini modelləşdirən xarici şirkətlə əməkdaşlıq edəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin zəlzələ risklərinin modelləşməsi üzrə ixtisaslaşan "Reasürans" şirkəti ilə əməkdaşlığa başlayıb.

Bu barədə AMB-nin baş direktoru Ziya Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu layihənin məqsədi katastrofik və zəlzələ risklərinin düzgün qiymətləndirilməsi, ölçülməsi və onun doğru şəkildə tənzimləmə çərçivəsinin inkişaf etdirilməsidir.

"Layihə digər dövlət orqanları ilə sıx işləməyimizi tələb edir. Çünki zəlzələ risklərinin qiymətləndirilməsi üçün zəlzələ ocaqlarını və onlarda aktivliyi düzgün ölçülməsi lazımdır. Eyni zamanda Azərbaycanda həm yaşayış, həm də qeyri-yaşayış tikililərin ehtimal olunan zəlzələlərə nə qədər dayanıqlı olmasını qiymətləndirilməsi vacibdir. Bu məqsədlə də layihə çərçivəsində müvafiq dövlət qurumları ilə işləyəcəyik", - Z. Əliyev bildirib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et