Rusiya Qərb ölkələrinə qarşı əks-sanksiya addımı atacaq | Banco.az

Rusiya Qərb ölkələrinə qarşı əks-sanksiya addımı atacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Qazprom" Almaniyanın "Wintershall" və Avstriyanın “OMV” şirkəti ilə birgə bəzi layihələrdən aldığı təbii qaz üçün müəyyən ediləcək qiymətdən artıq ödəməyəcək.

Banco.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanla Qərb ölkələrinin Rusiyanın enerji sektoruna qarşı sanksiyalarının bir qisminə əks-sanksiya tətbiq edilməsinə qərar verilib.

“Qazprom”un Rusiyada “OMV” və “Wintershall” şirkətləri ilə birgə işlədiyi bəzi təbii qaz yataqlarını əhatə edən fərmana əsasən, şirkət oradan aldığı təbii qaz üçün Rusiya hökumətinin müəyyən edəcəyi maksimal qiymətdən artıq ödəniş etməyəcək.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanın enerji sektoruna qarşı hərtərəfli sanksiyalar tətbiq edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et