Rusiya dizel ixracını birdəfəlik ləğv edir? – 58 regionda qiymətlər bahalaşdı | Banco.az

Rusiya dizel ixracını birdəfəlik ləğv edir? – 58 regionda qiymətlər bahalaşdı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Rusiya Dövlət Duması yanacaq ixracına qadağanı yenidən tətbiq edə bilər.

Banco.az-ın məlumatına görə, bu qərara səbəb daxili bazarda dizelin bahalaşması olub.  “İzvestiya” yazır ki, qadağaya əsas səbəb neft məhsullarının xaricə ixracının təzələnməsidir.

Dumanın bəzi deputatları ölkədən yanacağın ixracını tamamilə qadağan etməyi və qiymətlərin bu yolla tənzimlənməsini təklif edirlər.

Bu barədə açıqlama verən Dumanın deputatı İqor Ananskix bildirib ki,  neft-qaz şirkətlərinə xarici bazarda yanacaq satışı Rusiyanın daxilindən daha sərfəlidir:

“Son illərdə ixracın artması fonunda Dövlət Dumasının deputatları həyəcan təbili çalmağa başladılar. Biz ixracın dayandırılması məsələsini gündəmə gətirmək istəyirik. Noyabrın 29-da Dövlət Dumasının energetika komitəsinin iclasında Energetika Nazirliyi rəhbərinin birinci müavini Pavel Sorokin departamentin yanacaq qiymətlərinin 2023-cü ilin sonuna qədər inflyasiya səviyyəsində artımına ümid etdiyini vurğuladı. İndi qiymətlər inflyasiyaya yaxın səviyyədədir. Biz ilin sonuna kimi bu hədəflərə çatmağa ümid edirik”.

“Freedom Finance Global”ın analitiki Vladimir Çernovun sözlərinə görə, dizel yanacağının pərakəndə satış qiymətinin artmasına səbəb birjada topdan qiymətlərin artmasıdır:

“Son iki həftə ərzində, noyabrın 17-dən etibarən Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasında qış dizel yanacağının (DF) topdansatış qiymətləri 2,91% artıb. Artım Rusiya Federasiyasından dizel və benzinin ixracına qoyulan qadağanın aradan qaldırıldığı gündən başlayıb. Hesab edirik ki, əsas səbəb elə budur. Hazarda yanacağın ixrac bazarında qiymətləri daxili bazardan bahadır”, - deyə Vladimir Çernov izah edib.

Ən sərfəli kredit üçün müraciət et

Rosstatın məlumatına görə, noyabrın 21-dən 27-dək dizelin qiyməti 0,3% artıb.  Bu dövrdə 58 regionun doqquzunda yanacaq bahalaşıb.

Ən yüksək qiymət sıçrayışı Maqadan vilayətində - litr üçün 4,79 rubl, Trans-Baykal diyarında - 1,12 rubl, Amur bölgəsində - 98 qəpik, Primorsk diyarında - 95 qəpik, Kamçatkada - 79 qəpik, Xakasiyada - 70 qəpik qeydə alınıb. Moskva Yanacaq Assosiasiyasından bildiriblər ki,  (MTA), paytaxtdakı yanacaqdoldurma məntəqələrində dizel yanacağının orta qiyməti həftə ərzində 14 qəpik bahalaşıb.

Qeyd edək ki, Rusiyanın ixrac qadağasından ən çox təsirlənən ölkə Braziliya ola bilər. Rusiyadan bu ölkəyə dizel yanacağının tədarükü 2022-ci ildəki 74 min tona qarşı, 2023-cü il sentyabrın 25-dək təxminən 4 milyon tona çatıb.  Rusiya dizelinin digər böyük alıcıları  Afrika, Latın Amerikasıdır. Avropa isə Çin və Cənubi Koreyanın şimal-şərq neft emalı zavodlarından dizel gözləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et