Rəqib firmalar niyə yan-yana mağazalar açır? | Banco.az

Rəqib firmalar niyə yan-yana mağazalar açır?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rəqib şirkətlərin niyə bir-birinin yanında mağazalar açdığını heç düşünmüsünüzmü?

Banco.az xəbər verir ki, bu sualın cavabı Oyun Nəzəriyyəsi daxilindəki Neş tarazlığındadır.

Gəlin bu anlayışı bir misalla izah edək.

Təsəvvür edək ki, bir kilometr uzunluğunda çimərlik və bu çimərlikdə A və B adlı iki dondurma satıcısı var. Hər ikisi normal olaraq mümkün qədər çox dondurma satmaq istəyəcəklər. 

İlk gün A və B çimərliyin əks tərəflərində öz dükanlarını açır və müştəriləri demək olar ki, bərabər şəkildə bölüşürlər. Bu, olduqca ədalətli bir bölgü kimi səslənir.

Bir müddət sonra B satıcısı daha çox gəlir əldə etmək istəyir və ikinci gün piştaxtasını çimərliyin ortasına köçürür. Beləliklə, daha çox müştəri cəlb etməyə başlayır, müştəri nisbəti 50 faizdən təxminən 63 faizə yüksəlir.

B satıcısının bu hərəkəti A satıcısının müştərilərinin sayının 37 faizə qədər azalmasına səbəb olur. Bu vəziyyətdən narahat olan satıcı A üçüncü gün piştaxtasını çimərliyin ortasına köçürür. Beləliklə, balans bərpa olunur və hər iki satıcı müştəriləri bərabər bölür.

Bu vəziyyət Oyun Nəzəriyyəsində Neş tarazlığı adlanır ki, tarazlıq adını riyaziyyatçı Con Neşdən götürmüşdür.

Ən sərfəli kredit üçün müraciət et

Daha sadə dillə desək, Neş tarazlığı markanın sadəcə öz strategiyasını dəyişdirməklə fayda əldə edə bilməyəcəyi bir vəziyyəti ifadə edir.

Təbii ki, sözügedən nəzəriyyə təkcə dondurma satıcılarına aid deyil. Buna görə də mağazalar, restoranlar və yanacaqdoldurma məntəqələri tez-tez rəqiblərinin yanında yerləşir. Rəqiblərə yaxın olmaq ətrafda daha çox potensial müştərilərin olması, uzaqlaşma isə həmin müştəriləri əldən vermək deməkdir.

Ona görə də qəribə görünə bilər, ancaq ma rəqibin yanında mağaza açmaq çox vaxt ağıllı addımdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et