Qurumlar FED-in faiz artım proqnozlarını dəyişiblər | Banco.az

Qurumlar FED-in faiz artım proqnozlarını dəyişiblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın aparıcı maliyyə qurumları FED-in növbəti faiz qərarı ilə bağlı proqnozlarını artırıblar.

Banco.az xəbər verir ki, Pauellin Federal Açıq Bazar Komitəsinin iclasından sonra mətbuat konfransında verdiyi açıqlamalar dünyanın aparıcı banklarının FED faiz dərəcəsinin çatacağı yükun səviyyə ilə bağlı əvvəlki proqnozlarını yenidən nəzərdən keçirməsinə səbəb olub.

Bu qurumlardan biri olan Kanadanın maliyyə xidmətləri və investisiya bankı “TD Securities” FED-in yekun faiz artımı ilə bağlı proqnozunu 4,75-5,0 faizdən 5,00-5,25 faizə qaldırıb. Bank FED-in dekabrın 13-14-də keçiriləcək iclasda uçot dərəcəsini 50 baza bəndi artıracağını proqnozlaşdırıb.

Yaponiyanın maliyyə holdinqi “Nomura”nın iqtisadçıları da yekun faiz dərəcəsi ilə bağlı əvvəlki proqnozlarını 25 baza bəndi artıraraq 5,50-5,75%-ə qaldırıblar və dekabr iclası üçün 50 baza bənd artım gözlədiklərini qeyd ediblər.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-ın transmilli investisiya bankı “Bank of America”nın (BofA) strateqləri isə gələn ilin ilk rübündə faiz dərəcəsinin 4,75-5,0 faizə çatacağını proqnozlaşdıraraq dekabr iclasında 50 baza bəndi artım olacağını təxmin ediblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et