Qlobal borclar 2023-cü ildə rekord həddə çatıb | Banco.az

Qlobal borclar 2023-cü ildə rekord həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən il qlobal borclar 15 trilyon dollardan çox artıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Maliyyə İnstitutu (IIF) "Qlobal borc monitorinqi" hesabatını dərc edib.

Hesabata görə, qlobal borcun məbləği 2022-ci ildə təxminən 7 trilyon dollar azaldıqdan sonra 2023-cü ildə 15 trilyon dollardan çox artaraq yeni rekorda -  313 trilyon dollara çatıb.

Qeyd edilib ki, qlobal borc məbləğində artımın təqribən 55 faizi əsasən ABŞ, Fransa və Almaniyanın təsiri ilə inkişaf etmiş iqtisadiyyatların payına düşüb. İnkişaf etməkdə olan bazarlarda isə borc yığılması daha çox Çin, Hindistan və Braziliyada cəmləşib.

Hesabata görə, ötən il inkişaf etmiş iqtisadiyyatların ümumi borcu 208,3 trilyon dollar olaraq hesablandığı halda, inkişaf etməkdə olan bazarların borcu 104,6 trilyon dollar olaraq qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Borc bölgüsünə nəzər saldıqda görürük ki, 2023-cü ilin sonuna ev təsərrüfatlarının borcları 59,3 trilyon dollara, qeyri-maliyyə şirkətlərinin borcları 94,4 trilyon dollara, dövlət borcları 89,9 trilyon dollara, banklar kimi maliyyə şirkətlərinin borcları isə 69,4 trilyon dollara yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et