Qlobal birbaşa xarici investisiyalar ötən il kəskin azalıb | Banco.az

Qlobal birbaşa xarici investisiyalar ötən il kəskin azalıb

Ötən il koronavirus pandemiyası ilə əlaqədar yaranan iqtisadi tənəzzül səbəbindən dünyada birbaşa xarici investisiyaların həcmi 30%-dən çox azalıb – 1,5 trln. ABŞ dollarından 1 trln. dollaradək. 2021-ci ildə qlobal birbaşa xarici investisiyaların 1-15% artacağı proqnozlaşdırılır.

Bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında deyilir."Böhran birbaşa xarici investisiyaların kəskin azalmasına səbəb oldu. İnvestisiyaların qlobal axını üçdə bir azalıb – 1,5 trln. dollardan 1 trln. dollaradək. 2020-ci ilin sonunda birbaşa xarici investisiyaların həcmi 10 il bundan öncə yaşanan qlobal maliyyə böhranından sonra qeydə alınan ən aşağı səviyyədən təxminən 20% azdır", - deyə UNCTAD-ın Baş katibi vəzifəsini icra edən İzabel Düran (Isabelle Durand) bildirib.

O əlavə edib ki, cari ildə birbaşa xarici investisiyalarının axınının qismən bərpa olaraq 10-15% artacağı gözlənilir. Bununla belə, investisiyaların yatırılmasının sürətlənməsi üçün bir qədər vaxt tələb oluna bilər.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et