Qızıldan üç dəfə baha, istehsal həcmi az, almaz kimi qiymətli metal hansıdır? | Banco.az

Qızıldan üç dəfə baha, istehsal həcmi az, almaz kimi qiymətli metal hansıdır?

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

Qızıldan daha bahalı metal olan platin torpağın dərin qatlarında yerləşir. Hasilatı olduqca çətin olan bu dəyərli metalın bir çox xüsusiyyətləri var.

Banco.az platin haqqında maraqlı detalları təqdim edir:

Platin əslində çox nadir qiymətli metaldır. Bu özəlliyinə görə, geniş istifadə imkanlarına malikdir. Dünyanın ən bahalı 10 mədənindən biri olan platinin istehsal həcmi çox kiçikdir. Platinin təxminən 80%-i Cənubi Afrikada istehsal olunur. Bu metalın istehsalında ikinci ünvan Rusiya, ondan sonra Kanadadır.

Platin harada istifadə olunur?

Platinin dörd əsas istifadə istiqaməti var. 

Avtomobil: Dünyada platin istehlakının təxminən yarısı (40%) avtomobil sənayesi tərəfindən istehsal olunur. Yanacaq hüceyrələri və egzoz sistemləri üçün katalizator kimi istifadə olunur.

Sənaye və Tibb: Kimyəvi proseslərdən sərt disklərə qədər bir çox sənaye istehsalında və stomatologiyadan sümük müalicəsinə qədər müxtəlif tibbi tətbiqlərdə istifadə olunur. 20 faiz platin istehlakı bu diapazondadır.

Zərgərlik: Platin müxtəlif zərgərlik məmulatlarının istehsalında da istifadə olunur. Platin toy üzüklərinin geniş yayılması ilə zərgərlik istehsalında platinin istifadəsi də artır. Ümumi platin istehlakının 30%-i platin zərgərlikdə istifadə olunur.

İnvestisiya: Platinin investisiya vasitəsi kimi istifadəsi ümumi platin tələbinin təxminən 10 faizini təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Platini dəyərli edən onun qiymətinin etibarlılığının yüksək olmasındadır. Bütün dünyada investisiya aləti kimi istifadə olunan platin uzunmüddətli qiymətli metallara yatırım etmək istəyənlər üçün qızıl və ya gümüşdən daha çox əlverişlidir. Korroziyaya çox davamlı olan platin havada heç bir temperaturda xüsusiyyətini itirmir.

Kimyəvi maddələrlə qarşılıqlı reaksiyaya, həddindən artıq temperaturlara davam edə bilər. Aşınmaya və rəngin solması da demək olar təsadüfən müşahidə edilir. Qızıldan 23 dəfə bahadır. Yalnız sianidlərdən, halogenlərdən, kükürddən və qələvilərdən korroziyaya uğrayır. Təbiətdə bərk formada mövcuddur. Onun sıxlığı hər kub santimetr üçün 21,45 qramdır.

Platin ehtiyatları haqqında

Kifayət qədər tələbatlı olan bu metalı qızıl və ya gümüş kimi qiymətləndirmək mümkün deyil. Amma ümumilikdə qızıldan üç dəfə bahadır. Platin təbiətdə tapılması ən çətin metallardan biridir.

Dünyadakı platin ehtiyatlarının çoxu Cənubi Afrika və Rusiyadadır (90%). Cənubi Afrika ölkələrinin aparıcı rolu onların ixracatının əksəriyyətində özünü göstərir. Gümüş və qızılla müqayisədə dünyada məlum və aşkar edilmiş ehtiyatlar bu iki mədəndən xeyli azdır. İstehsal etmək və çatdırmaq çətindir. Platinin niyə bu qədər baha olduğunu göstərən digər mühüm göstərici isə 1 real unsiya saf platin əldə etmək üçün 8 ton filiz emalına ehtiyac duyulmasıdır.

Platin almaz qədər qiymətli və allergen quruluşu olmadığı üçün bu gün ona daha çox üstünlük verirlər. Dəbdəbəli seqmentdə istehsal olunan saatların və oxşar zərgərlik məmulatlarının 20%-nin platin və platin tərkibli ərintilərdən hazırlandığı da artıq təsdiqlənib. 

Ən sərfəli krediti almaq üçün müraciət et