"Qızıl neftdən daha yaxşı investisiya vasitəsinə çevrilib" | Banco.az

"Qızıl neftdən daha yaxşı investisiya vasitəsinə çevrilib"

Fransanın “BNP Paribas” investisiya bankı Yaxın Şərqdə artan risklərdən qorunmaq üçün investorlara ”təhlükəsiz liman” kimi qızıla yönəlmələri və neft idxal edən ölkələrin valyutalarını satışını tövsiyə edib.

Bankın məlumatına görə, ABŞ-İran arasında gərginliyin daha da artması qızılın 1 unsiyasını 1650 dollara qaldıracaq, bununla da qiymətli metalın dəyəri 7 illik maksimumu yeniləyəcək. Bundan başqa Çin yuanı və İsveçrə frankı kimi digər aktivlər də yüksələcək.

Ən sərfəli kredit üçün müraciət et

“Hazırkı vəziyyətdə investorlar üçün qızıl neftdən daha yaxşı investisiya vasitəsinə çevrilib”, - deyə, bankın valyuta bölməsinin rəhbəri Şafali Saçdev bildirib.

Xatırladaq ki, ABŞ hava hücumu ilə iranlı generalı öldürməsindən sonra qızılın qiyməti beynəlxalq birjalarda keçən həftə 3% artaraq 1 562 dollara yüksəlmişdi. Çin yuanı isə bu həftə son 3 ayın maksimumunu yeniləyib.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et