Qızıl 1%-dən çox bahalaşıb | Banco.az

Qızıl 1%-dən çox bahalaşıb

Beynəlxalq valyuta birjalarında çərşənbə günü dolların qiymətlərində zəifləyən bahalaşma dalğası, cümə axşamı ucuzlaşma ilə davam etdi.

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin Amerika sessiyasında sürətlə ucuzlaşmağa başlaması, EUR/USD kimi önəmli məzənnələrin və qızıl qiymətinin dəyər qazanmasına səbəb olub.

Belə ki, EUR/USD məzənnəsi son iki ilin minimum səviyyəsini yenilədikdən sonra bahalaşmağa başlayıb və hazırda 1.1182$-a ticarət edilməkdədir. Məzənnənin 1.12-nin üzərində möhkəmlənə biləcəyi proqnozları da artmağa başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Əlvan metallar bazarlarında isə qızılın qiyməti 1287$-a kimi 1%-dən çox bahalaşıb və 1278$-ın üzərində qaldıqca, bahalaşma 1290 və 1293$-a kimi davam edə bilər.

InvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et