Qana nefti dollar əvəzinə qızılla alacaq | Banco.az

Qana nefti dollar əvəzinə qızılla alacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qana neftin alışında qızıldan istifadə etməyə qərar verib.

Banco.az xəbər verir ki, Qərbi Afrika ölkəsi Qana valyuta bahalaşmasının yaratdığı inflyasiyanın qarşısını almaq üçün neft məhsullarını qızılla alacaq.

Neft idxalçılarının valyuta tələbatının onları çətin vəziyyətə saldığını bildirən ölkənin vitse-prezidenti Mahamudu Bavumia neftin dollar əvəzinə qızılla alınmasının tədiyyə balansını kökündən dəyişdirəcəyini qeyd edib.

Bu qərarın Qana müstəqilliyini əldə etdikdən sonra həyata keçirilən ən mühüm iqtisadi siyasət dəyişikliyi olduğunu qeyd edən vitse-prezident yeni strategiyanın 2023-cü ilin birinci rübünün sonundan etibarən tətbiq edilməyə başlanacağını vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Böyük Səhradan cənubdakı Afrika hissəsində müstəqilliyini əldə edən ilk ölkə olan Qana Cənubi Afrikada qitənin ikinci ən böyük qızıl ehtiyatına malik ölkəsidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et