PwC qlobal iqtisadi artım tempinin zəifləyəcəyini proqnozlaşdırır | Banco.az

PwC qlobal iqtisadi artım tempinin zəifləyəcəyini proqnozlaşdırır

Qlobal iqtisadiyyat 2020-ci ildə yavaşlayacaq və alıcılıq qabiliyyəti paritetinin artımı XXI əsr üçün uzunmüddətli perspektivdə 3,8% təşkil edirdisə, bu il 3,4% olacaq.

Bu proqnozu "PricewaterhouseCoopers" (PwC) konsaltinq və audit şirkətinin analitikləri verib.

Analitiklərin fikrincə, qlobal iqtisadi artım və inteqrasiya davam etsə də, templər yavaşlayır.

Ən sərfəli kredit üçün müraciət et

Digər vacib amillərə arasında şirkətin ekspertləri 2020-ci ildə dünyanın aparıcı iqtisadiyyatlarında (G7 və E7) iş yerlərinin və yaşlı nəslin artmasını qeyd ediblər. Onların proqnozlarına görə, bu il dünyada 60 yaşdan yuxarı 1 milyard insan yaşayacaq və bu, tarixi bir rekorddur.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et