Pul qazandıran mobil tətbiqlər | Banco.az

Pul qazandıran mobil tətbiqlər

Bu gün sizə pul qazandıran tətbiqlər haqqında danışacağıq.

Birgə nəzər salaq:

 

 

 

1. Field Agent

Pul qazanmaq üçün Field Agent tətbiqini telefonunuza yükləməlisiniz. Ancaq bunun üçün iOS istifadəçisi olmalısınız. İlk olaraq Field Agent tətbiqində bir sıra vəzifələri yerinə yetirmək üçün sahə nümayəndəliyi vəzifəsini yerinə yetirirsiz. Field Agent tətbiqində nələr edəcəyiniz göstərilib. Market, yerli alışveriş mərkəzi və ya şəhərin müəyyən bir nöqtəsində haralara gedəcəyinizlə əlaqədar təlimatlar var. Bu təlimatları isə iki saat içində tamamlamağınız gözlənilir. Vəzifələri təyin olunan müddət içində bitirdikdə hər vəzifə üçün 2-12 dollar arası ödəniş alırsınız. Ödəməniz PayPal ilə edilir.

2. CheckPoints

Telefonunuza yalnız bir proqram endirərək pul qazanın. iOS və ya Android istifadə edirsizsə siz bunları etməlisiniz; kafe, alış-veriş mərkəzləri və marketdə özünüzü işarələyərək, alver etdiyinizin məhsulun fotoşəkilini çəkməli və yoldaşlarınızın CheckPoints’ə üzv olmasını təmin etməlisiniz. Yaxşı, CheckPoints’tən qazancınız nə olacaq? CheckPoints tətbiqində ballar qazanırsınız. Qazandığınız balları da təyin olunan nöqtələrdə xərcləyə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

3. EasyShift

iOS istifadəçilərin istifadə edə biləcəyi tətbiq olan EasyShifti pul-qazanmağınıza vasitəçilik edən mobil tətbiqlərdən biri kimi olaraq paylaşa bilərik. EasyShift istifadə edərək pul qazanmaq üçün də rəy bildirmək, şəkil çəkmək, bir məhsulun qiymətini yadda saxlamaq kimi vəzifələr həyata keçirirsiniz. Bir ya da 2 vəzifəni bitirdikdən sonra yüksəlişə keçirsiniz. Beləliklə daha yüksək ödəməli vəzifələrin kilidini açırsınız. Bu da daha yüksək ödənişlər almağınızı təmin edir. PayPal vasitəsilə pulunuz 48 saat içində hesabınıza köçür.

4. App Trailers

iOS və Android mobil əməliyyat sistemindən App Trailersı endirərək siz də pul qazananlardan biri ola bilərsiniz. Əvvəlcə tətbiqlərlə əlaqədar təqdimat videolarını izləyərək ilk addımı atmalısınız. Diqqət yetirməli olduğunuz əsas məsələ də təqdimat videoları ilə əlaqədar düzgün şərhlər verməkdir. Bunu edərək proqram tətbiqini inkişaf etdirən insanların video təqdimatlarını bitirməklərinə köməkçi ola bilər və qazanc təmin edə bilərsiniz. Hər izlədiyiniz video üçün yarım sent, hər hansı bir yoldaşınızın sizin təşəbbüsünüzlə üzv olması qarşılığında 50 xal qazanacaqsınız. Demoların yoxlanması qarşılığında sizə 9 sent və 1 dollar arası bir ödəniş ediləcək.

Mənbə: Bizplus.az

Ən sərfəli krediti almaq üçün müraciət et