PetroChina 2023-cü ildə xalis mənfəətini 22,3 milyard dollara yüksəldib | Banco.az

PetroChina 2023-cü ildə xalis mənfəətini 22,3 milyard dollara yüksəldib

Müəllif: Fərid İslamov/Banco.az

Çin neft və qaz şirkəti PetroChina Co. 2023-cü ilin sonunda xalis mənfəət 8,3% artaraq rekord 161,1 milyard yuana (22,34 milyard dollar) çatıb.

Bu arada, Çinin ən böyük karbohidrogen istehsalçısının gəliri 7% azalaraq 3,01 trilyon yuana düşüb. Xalis pul axını 17,1% artaraq 176,12 milyard yuana çatıb.

“PetroChina” ötən il karbohidrogen hasilatını 4,4% artıraraq rekord səviyyəyə – 1,76 milyard barel neft ekvivalentinə çatıb. O cümlədən neft hasilatı 3,4% artaraq 937,1 milyon barel, təbii qaz hasilatı 5,5% artaraq 4,93 trilyon kubfuta çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, ötən il neftin satış qiymətləri 2022-ci illə müqayisədə 16,8% azalıb.

2024-cü il üçün kapital qoyuluşları 258 milyard yuan səviyyəsində planlaşdırılır. Ötən il bu rəqəm 275 milyard yuan olub.

Çərşənbə axşamı Honq-Konqda PetroChina səhmləri 1,1% bahalaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması demək olar ki, 27% artıb.

 

Ən sərfəli krediti almaq üçün müraciət et