"Pepsi" yeni reklam kampaniyasına "Coca-Cola"nı da daxil edib | Banco.az

"Pepsi" yeni reklam kampaniyasına "Coca-Cola"nı da daxil edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Pepsi” rəqibi “Coca-Cola”nın yalnız yeməklərlə birlikdə istehlak edilə biləcəyini iddia edib.

Banco.az xəbər verir ki, bir-biri ilə şiddətli rəqabətə görə reklam dünyasına ən kreativ rəqabət kampaniyalarını qazandıran “Coca-Cola” və “Pepsi” son zamanlar rəqabəti yenidən alovlandırıb.

İlk addımı isə “Pepsi” atıb. Belə ki, "Testes OK" adlı son kampaniyası ilə "Pepsi" “Coca-Cola”nın ən zəif cəhətinin hər zaman onun adı və brendi olduğunu göstərmək üçün əyləncəli bir yanaşma tətbiq edir.

Avstraliyadakı “Pepsi Max” şirkəti bütün dünyada içkinin yalnız yeməklərlə birlikdə istehlak edilməsinin ədalətsizlik olduğuna diqqət çəkmək üçün bir addım atıb. Bunun üçün “Pepsi” reklam kampaniyasında hazırladığı görüntülərdə hamburger və toyuq qanadları kimi fast-food yeməklərinin yanına “Coca-Cola” bankasına bənzəyən kola yerləşdirib. Yalnız "O" və "K" hərflərinin göründüyü reklamda “Pepsi” “Coca-Cola”nın yalnız yeməkləri müşayiət edə biləcəyinə açıq şəkildə eyham vurur.

Ən sərfəli kredit üçün müraciət et

"Special" reklam agentliyinin kreativ direktorları Simon Gibson və Nils Eberhardt “Pepsi Max”in “Tastes Better” təşəbbüsünün davamı olan bu reklam kampaniyası üzərində işləyərkən yaşadıqları həyəcanı və təşvişi bölüşüblər. Onların sözlərinə görə, ilham gözlənilməz bir mənbədən, məhz “Coca-Cola”nın özünün yaydığı görüntülərdən gəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et