PASHA Mobile Bank vasitəsilə pulu kartdan karta necə köçürmək olar? - VİDEO | Banco.az

PASHA Mobile Bank vasitəsilə pulu kartdan karta necə köçürmək olar? - VİDEO

PAŞA Bankın müştəriləri bankın mobil tətbiqi vasitəsilə pulu kartdan digər karta necə köçürə bilər?

Bankın mobil tətbiqinə daxil olduqdan sonra aşağıdakı ardıcıllıqla əməliyyatı həyata keçirə bilərsiniz:

1. Kartın üzərinə basaraq "Ödənişlər"i klikləyin;

2. Köçürmələr bölməsindən "Kartdan karta" xidmətinə daxil olun ;

3. Prosesin hansı kartlar arasında (Öz kartlarım arasında və ya digər kartlara) olacağını seçin;

4. Açılan pəncərədə alan kartın 16 rəqəmli kodu, göndərəcəyiniz məbləğ və valyutanı qeyd edin;

5. Aşağıda "İrəli" düyməsini basdıqdan sonra məlumatların düzgünlüyünü yoxlayın

6. Sonda "Köçürmə" düyməsini basmaqla əməliyyat uğurla tamamlayın.

Digər bankların mobil tətbiqi vasitəsilə kartdan karta pul köçürmə (card to card) xidməti ilə buradan tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Video Banco.az tərəfindən hazırlanıb.

Tahir Əsgərli və Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et