PAŞA Sığortadan Tam KASKO üzrə “KASKO Bonus” kampaniyası! | Banco.az

PAŞA Sığortadan Tam KASKO üzrə “KASKO Bonus” kampaniyası!

PAŞA Sığorta sürücülük təcrübəsinə güvənən, nümunəvi sürücülər üçün Tam KASKO könüllü avtomobil sığortası üzrə özəl endirim kampaniyası elan edir. Kampaniya çərçivəsində qəzasız sürücülük tarixçəsinə malik, sığorta haqqı 500 AZN və daha çox olan müştərilər Tam KASKO sığorta məhsuluna 20%-dək endirim əldə edə bilərlər.

Belə ki, 14 sentyabr – 31 oktyabr tarixlərində, müştərilər icbari avtomobil sığortası üzrə tətbiq edilən bonus əmsalına uyğun könüllü avtomobil sığortası üzrə  müvafiq olaraq 5%, 10%, 15% və ya 20% endirim əldə edə biləcəklər.

KASKO Bonus kampaniyası əldə etmək, həmçinin məhsul barədə ətraflı məlumat üçün *7000 - Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya  https://cutt.ly/lwxvxWVd keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və ya Instagram ( PAŞA Sığorta (@pasha_insurance) | Instagram ) səhifəsinə göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et