“Paşa Həyat Sığorta” şirkətinin növbəti təlimlərinə bu gündən qeydiyyat başlayır! | Banco.az

“Paşa Həyat Sığorta” şirkətinin növbəti təlimlərinə bu gündən qeydiyyat başlayır!

“Paşa Həyat Sığorta” şirkəti tərəfindən “Daxili Audit və Daxili Nəzarət”, həmçinin “Sığorta və Sığorta Mədəniyyəti” mövzusunda avqust ayında tələbələr üçün keçiriləcək növbəti Master klass təlimlərinin keçirilmə vaxtı müəyyənləşib.

1. “Daxili Audit və Daxili Nəzarət” – 04-06 Avqust, 2014 tarixində, saat 15:00-dan 18:00-dək,

2. “Sığorta və Sığorta mədəniyyəti” – 11-13 Avqust, 2014 tarixində, saat 15:00-dan 18:00-dək.

Master klass təlimlərində iştirak etmək istəyənlər ad, soyadı, universiteti və müraciət etdiyi təlimin adı və tarixini [email protected] elektron ünvanına göndərə bilərlər.

Qeyd edək ki, tələbələr arasında belə bir təlimin təşkil edilməsində əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən, həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bu sahədə bilik və bacarıq qabiliyyətlərini daha da artırmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Həyata keçirilən bu cür layihələrin digər məqsədlərdən biri də ölkədə sığorta sektorunun inkişafına dəstək vermək üçün əhali arasında sığorta xidmətləri və sığorta məhsulları haqqında maarifləndirmə işlərini daha da gücləndirmək, həmçinin sığorta ilə bağlı təbliğat-təşviqat işlərinin sürətləndirilməsinə təkan verməkdən ibarətdir.

Xatırladaq ki, “PAŞA Həyat Sığorta” ASC 2013-cü ilin iyul ayından etibarən ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri üçün sığorta sahəsinə aid müxtəlif mövzularda ödənişsiz ustad dərsləri (Master Klasslar) təşkil edir.

Mənbə: oley.az

Ən sərfəli krediti almaq üçün müraciət et